Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ dünya Serbiya parlamentində dava düşüb
dünya

Serbiya parlamentində dava düşüb

04-03-2025 22:00 15 Baxış
IMG

Serbiyada hökumətin siyasətinə etiraz edən müxalifət deputatları parlamentin iclasına məşəl və tüstü bombaları atıblar. 

Tvit.az bu barədə Türkiyə mediasına istinadən xəbər verir.

Məlumata əsasən, başına tüstü bombası dəyən millət vəkili xəstəxanaya aparılıb. Deputatın vəziyyəti ağırdır.
Serb Tərəqqi Partiyasının rəhbərlik etdiyi hakim koalisiyanın müxalifətin etiraz etdiyi sessiyanın gündəmini qəbul etməsindən sonra gərginlik artıb.
Müxalifət deputatları zala qırmızı və qara tüstü bombaları və məşəllər atıb və “Serbiya rejimin süqutuna ayağa qalxır” yazılmış pankart açıblar.
Bəzi millət vəkilləri atılan tüstü bombalarından huşunu itirib. Ən azı üç deputat yaralanıb. Başına patron dəyən deputat xəstəxanaya çatdırılıb, vəziyyəti ağırdır.
Parlamentin sədri Ana Brnabiç parlamentin xaosa baxmayaraq işini davam etdirəcəyini vurğulayıb.
Aysel Şirinova