Ukraynanın prezidenti Vladimir Zelenski Ağ Evdə ABŞ prezidenti Donald Trump-la baş verən mübahisəyə görə təəssüf hissi ilə çıxış edən postdan sonra Britaniyanın baş naziri Keir Starmerə zəng edib.
Tvit.az xəbər verir ki, bu barədə o, "X" sosial şəbəkəsindəki səhifəsində yazıb.
Onun sözlərinə görə, liderlər növbəti addımlarla bağlı fikir mübadiləsi aparıblar.
"Biz öz mövqelərimizi koordinasiya edir və mümkün qədər tez bir zamanda zəmanətli sülhə nail olmaq üçün hər şeyi edirik", - deyə Zelenski yazıb.
Aysel Şirinova