Tramp ölkəyə gələn fentanillə mübarizə apara bilmədiyi üçün Çinə tətbiq edilən rüsumları 10%-dən 20%-ə qaldırıb.
Tvit.az bu barədə ABŞ mətbuatına istinadən xəbər verir.
Tramp öz sərəncamında Çinin fentanil də daxil olmaqla sintetik opioidlərin ABŞ-a axınının qarşısını almaq üçün tədbir görməməsinin ABŞ-ın milli təhlükəsizliyi, xarici siyasəti və iqtisadiyyatı üçün təhdid yaratdığını və Çinin bu böhranı yüngülləşdirmək üçün kifayət qədər addımlar atmadığını bildirib.
Elmin Alışov