Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ dünya Tramp Ukraynaya hərbi yardımı dayandırdı: İDDİA
dünya

Tramp Ukraynaya hərbi yardımı dayandırdı: İDDİA

04-03-2025 08:00 42 Baxış
IMG

ABŞ prezidenti Donald Trampın cümə günü prezident Vladimir Zelenski ilə Oval kabinetdə mübahisəsindən sonra ABŞ-ın Ukraynaya hərbi yardımını müvəqqəti olaraq dayandırdığı bildirilir.


Tvit.az xəbər verir ki, bunu ABŞ mətbuatına açıqlama verən və adları açıqlanmayan Ağ Ev rəsmiləri deyib.


Sözügedən rəsmilər Trampın Zelenski ilə mübahisəsinin Ağ Evdə yaratdığı ab-havadan sonra bu ölkəyə bütün hərbi yardımların bir müddətlik dayandırılmasına qərar verildiyini vurğulayıblar.


Elmin Alışov