ABŞ prezidenti Donald Tramp Ukraynanın Şimali Atlantika Alyansına qoşulacağına əminliyini ifadə edib.
Tvit.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
"Çox nəzakətlə deyə bilərdim ki, bunun üzərində işləyərik. Amma qulaq asın, bu baş verməyəcək", - deyə Amerikalı lider Ukraynanın NATO-ya daxil olma ehtimalı ilə bağlı sualı cavablandırıb.
"Hər şey buna görə başladı", - deyə Tramp Ukraynadakı münaqişə və Qərbin Kiyevi ittifaqa cəlb etmək cəhdlərindən söz açaraq əlavə edib.
"Hər şeyin başlamasının əsas səbəblərindən biri də bu idi", - Amerika lideri Ağ Evdə Böyük Britaniyanın baş naziri Keir Starmerlə görüşün əvvəlində deyib.
Aysel