Türkiyədə Məhkəmə İslahatları Strategiya Sənədi çərçivəsində bank və informasiya sistemləri ilə bağlı bir çox dəyişikliklər edilir.
Tvit.az bu barədə Türkiyə mediasına istinadən xəbər verir.
Məlumata görə, edilən tənzimləmələr çərçivəsində bankların və elektron ödəniş qurumlarının çip şəxsiyyət sənədi yoxlanılmadan hesab açılmayacaq. Bankomatın təhlükəsizlik kamerası ilə üz təsvirləri aşkarlana bilməyən şəxslər bankomat cihazları vasitəsilə əməliyyatlar apara bilməyəcəklər. Tənzimləmə həmçinin Türkiyə vətəndaşlarına maksimum 3 mobil rabitə xəttinə, əcnəbilərə isə maksimum 1 mobil rabitə xəttinə sahib ola bilər.
Aysel Şirinova