Gürcüstanın xarici işlər naziri Maka Botçorişvili Türkiyəni regionun lider ölkəsi kimi gördüklərini və NATO-ya inteqrasiya prosesində Türkiyənin dəstəyinə ehtiyac duyduqlarını bildirib.
Tvit.az bu barədə Türkiyə mediasına istinadən xəbər verir.
Məlumata görə, Botçorişvili bu barədə Xarici İşlər Nazirliyində nazir Hakan Fidanla görüşündən sonra keçirilən birgə mətbuat konfransında bildirib.
Xarici işlər naziri kimi ilk rəsmi təmasları üçün Ankaraya gəlməkdən məmnunluğunu ifadə edən Botçorişvili “Türkiyə Gürcüstanın xüsusi dostudur” deyib.
Nazir Fidanı Gürcüstana dəvət edən Botçorişvili Ankaradakı danışıqların iki ölkə arasında mövcud əlaqələrin daha da inkişaf etdirilməsi üçün bir fürsət olduğunu bildirib.
Botçorişvili Gürcüstanın ərazi bütövlüyünə verdiyi dəstəyə görə Türkiyəyə təşəkkür edərək, Türkiyənin dəstəyinin ölkələr arasında əlaqələri daha da gücləndirdiyini vurğulayaraq, "Bu, iki ölkə arasında son dərəcə nümunəvi qonşuluq münasibətidir" ifadələrdən istifadə etdi.
Fidanla çox müsbət görüş keçirdiyini ifadə edən Botçorişvili, “Əlbəttə ki, Türkiyəni regionda son dərəcə əhəmiyyətli və lider ölkə olaraq görür və bu şəkildə qiymətləndiririk” dedi.
Aysel Şirinova