İstanbulun Arnavutköy İmrahor məhəlləsində Sevban Mehmet küçəsində yerləşən fabrikin anbarında naməlum səbəbdən yanğın baş verib.
Tvit.az bu barədə Türkiyə mediasına istinadən xəbər verir.
Məlumata görə, yanan anbarda partlayışlar olub. Xəbərdarlıqdan sonra hadisə yerinə yanğınsöndürənlər, polis və tibb qrupları göndərilib. Xilasetmə qruplarının müdaxiləsi davam edir.
Aysel Şirinova