İsrail ordusunun əsgərləri bu gün səhər saatlarında Qəzza zolağının sahillərində dəniz təhlükəsizliyi məhdudiyyətlərini pozan bir sıra gəmilərə atəş açıb.
Tvit.az bu barədə "The Times of İsrael"ə istinadən xəbər verir.
Məlumata görə, gəmilər dərhal sahilə qayıtmayıb, lakin qoşunlar ikinci dəfə onların istiqamətinə atəş açdıqdan sonra bunu edib.
Anklavın başqa bir yerində hərbçilər deyirlər ki, qoşunlar onlara yaxınlaşan və “onlar üçün təhlükə yaradan” insanları dəf etmək üçün atəş açıb.
Aysel Şirinova