Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ dünya Roma papasının vəziyyəti kritikdir
dünya

Roma papasının vəziyyəti kritikdir

25-02-2025 22:00 17 Baxış
IMG

Roma Papası Fransiskin vəziyyəti kritik, lakin stabil olaraq qalır.

Tvit.az xəbər verir ki, bu barədə Müqəddəs Taxt-Tacın mətbuat xidmətinin bəyanatında deyilir.

Məlumata əsasən, papa ikiqat pnevmoniyadan əziyyət çəkir.

 "Papanın vəziyyəti kritik, lakin stabil olaraq qalır. Kəskin tənəffüs tutmalarının təkrarlanması müşahidə edilməyib.  Bir neçə qan parametrləri sabit qalır. Papa ikitərəfli pnevmoniyanın radioloji monitorinqi üçün müntəzəm olaraq KT müayinəsindən keçib", - məlumatda deyilir.

Fransisin işə qayıtdığı deyilib. Bundan əvvəl bildirilmişdi ki, o, bir gün əvvəl Vatikanın dövlət katibi kardinal Pietro Parolini iş məsələləri ilə bağlı qəbul edib.
 
Aysel Şirinova