Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyası bütün Rusiya qoşunlarının Ukraynadan dərhal çıxarılmasını tələb edən qətnamə layihəsini qəbul edib.
Tvit.az xarici mediaya istinadən xəbər verir ki, sessiyada Ukraynanın hazırladığı, “Rusiya qüvvələrinin dərhal çıxarılmasını və müharibənin dayandırılmasını” tələb edən və Avropa İttifaqı (Aİ) ölkələrinin dəstəklədiyi qətnamə layihəsi səsə qoyulub.
Ukraynanın qanun layihəsi Baş Assambleyada 93 “hə” və 18 “xeyr” səsi ilə təsdiqlənib. 65 ölkə səsvermədə bitərəf qalıb.
Səsvermədə ABŞ və Rusiya layihəyə “yox” səs verib, Türkiyə isə “hə” deyən ölkələr arasında olub.
Qəbul edilmiş qətnamədə qeyd olunub ki, Rusiya işğalı üç ildir davam edir və təkcə Ukrayna üçün deyil, həm də digər regionlar və qlobal sabitlik üçün “dağıdıcı və uzunmüddətli nəticələr verməkdə davam edir”.
Aİ ölkələrinin də dəstəklədiyi qətnamədə iki ölkə arasında davam edən müharibəyə son qoyulması və Rusiyanın Ukraynanın beynəlxalq səviyyədə tanınmış sərhədlərindən tamamilə çıxması tələb olunur.
Aysel Şirinova