Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ dünya Bu ölkədə vulkan aktivləşib: "Güclü zəlzələ ola bilər"
dünya

Bu ölkədə vulkan aktivləşib: "Güclü zəlzələ ola bilər"

21-02-2025 22:00 23 Baxış
IMG

Yunanıstanın Santorini adasında vulkan aktivləşib.
Tvit.az xarici mediaya istinadən xəbər verir ki, Yunan mətbuatına açıqlama verən Afina Universitetinin Zəlzələ Elmləri üzrə təqaüdçü professoru Panayotis Papadimitriu vulkanik aktivliyin bölgədəki yer deformasiyası ilə əlaqəli olduğunu qeyd edib. Professor Santorini və onun ətrafındakı Yamurgi adasında yaşanan seysmik aktivliklə bağlı iki mümkün ssenarini nəzərdən keçirib.
Papadimitriu vurğulayıb ki, birinci ssenariyə görə, seysmik aktivlik zamanla zəifləyib dayana bilər, lakin ikinci ssenaridə 6-6,3 bal gücündə zəlzələ baş verə bilər. Panayotis Papadimitriu isə belə bir zəlzələnin ətraf adalara böyük təsir etməyəcəyini, çünki episentri uzaqda olduğunu bildirib.

Aysel