Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ dünya PKK terror təşkilatının İsveçrədəki fəaliyyəti Federal Parlament tərəfindən sənədləşdirilib
dünya

PKK terror təşkilatının İsveçrədəki fəaliyyəti Federal Parlament tərəfindən sənədləşdirilib

21-02-2025 22:00 28 Baxış
IMG

Avropada fəaliyyət göstərməyə çalışan PKK terror təşkilatının İsveçrə qolu ilə bağlı dəlillər üzə çıxıb.
Tvit.az xarici mediaya istinadən xəbər verir ki, İsveçrə Federal Parlamenti parlamentin sualına cavab olaraq verdiyi açıqlamada PKK-nın İsveçrədəki fəaliyyətini etiraf edib.
İsveçrə Federal Hökuməti terror təşkilatı PKK-nın ölkədə qondarma təlim düşərgələri təşkil etdiyi, oradan terrorçular topladığı, ölkədə pul toplama və təbliğat işləri apardığı barədə məlumat paylaşıb.
Hökumət İsveçrənin Azad Demokratik Partiyasının (FDP) millət vəkili Quattro Jacqueline-nin terror təşkilatı PKK-nın ölkədə olması və fəaliyyəti ilə bağlı narahatlıqları ilə bağlı 2024-cü ilin dekabr ayında Federal Parlamentə (Milli Şura) təqdim etdiyi parlament sualını rəsmi şəkildə cavablandırıb.
Təkliflə bağlı yazılı açıqlamada terror təşkilatı PKK-nın ölkədə ildə bir neçə dəfə təşkil etdiyi düşərgələrin ideoloji xüsusiyyətlərə malik olduğu və gəncləri təşkilata cəlb etmək məqsədi daşıdığı bildirilib.


Aysel Şirinova