ABŞ-ın Ukraynaya ayırdığı pulun əhəmiyyətli hissəsi amerikalı siyasətçilərin - həm demokratların, həm də bəzi respublikaçıların maraqlarına sərf edilib.
Tvit.az xəbər verir ki, bunu ABŞ Hökumətinin Səmərəliliyinin Artırılması Departamentinin (DOGE) rəhbəri İlon Mask deyib.
“Ukraynaya ayrılan pulun əhəmiyyətli bir hissəsi əslində Amerika siyasətçilərinə, Demokratik Milli Komitəyə və bəzi Respublikaçılara xeyir verdi, buna görə də Zelenski pulun yalnız yarısını aldığını söylədi” - deyə Mask X-də yazıb.