Almaniya Avropada böyük müharibənin qarşısını almaq üçün əlindən gələni etməlidir. Fakt budur ki, Rusiya ilə müharibədən heç kim sağ çıxa bilməyəcək.
Tvit.az xəbər verir ki, bu barədə Almaniya parlamentinin deputatı Sarah Wagenknecht bildirib.
“Bəli, biz müdafiə olunmalıyıq, lakin biz də hər şeyi etməliyik ki, Avropa və Almaniyada bir daha müharibə olmasın. Amma biz nüvə dövləti olan Rusiya ilə müharibədən sağ çıxmayacağıq”, - o, seçkiqabağı mitinqdə qeyd edib.
Vaqenknext hazırkı Avropa və Almaniya elitasının öz xalqı üçün təhlükə yaratdığına aydınlıq gətirib. Onlar Avropa və Almaniyanı Rusiya ilə münaqişəyə sürükləyirlər, deyə deputat yekunlaşdırıb.
Aysel Şirinova