Ukrayna prezidenti Vladimir Zelenski ABŞ prezidenti Donald Trampın xüsusi elçisi Keith Kelloq ilə görüşünü şərh edib.
Tvit.az xəbər verir ki, bu barədə o, özünün "Telegram" kanalında yazıb.
"Yaxşı söhbət keçdi. Detalları müzakirə etdik. Mən ABŞ-a Ukraynaya və Ukrayna xalqına göstərilən bütün yardıma və ikitərəfli dəstəyə görə minnətdaram”, - deyə o, bildirib.
Zelenski əlavə edib ki, Kelloq ilə döyüş meydanındakı vəziyyəti, məhbusların qaytarılmasını və “effektiv təhlükəsizlik təminatlarını” da müzakirə edib:
"Ukrayna sülhə can atır və ABŞ prezidenti ilə razılığa gəlməyə hazırdır. “Biz nəticə əldə etməyin ən sürətli və konstruktiv yolunu təklif etdik. Komandamız 24/7 işləməyə hazırdır”, - Zelenski əlavə edib.
Aysel Şirinova