Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ dünya Qəzzanın yenidən qurulması üçün bu qədər məbləğ lazımdır
dünya

Qəzzanın yenidən qurulması üçün bu qədər məbləğ lazımdır

19-02-2025 08:00 55 Baxış
IMG

Dünya Bankı, Avropa İttifaqı (Aİ) və Birləşmiş Millətlər Təşkilatı (BMT) Qəzzanın yenidən qurulması üçün 53,2 milyard dollara ehtiyac olduğunu bildirib.


Tvit.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.


Hesabatda təkcə fiziki ziyanın təxminən 29,9 milyard dollar dəyərində təxmin edildiyi, ümumi zərərin 53 faizini mənzil sektorunun təşkil etdiyi, 20 faizi ilə ticarət və sənayenin ikinci yerdə olduğu, sağlamlıq, su və nəqliyyat kimi əsas infrastrukturlara ciddi ziyanın isə ümumi zərərin yüzdə 15-dən çoxunun düşdüyü qeyd edilib.


Elmin Alışov