İŞİD-lə əlaqəsi olan 12500-dən çox İraq vətəndaşı Suriyadan İraqa geri qaytarılıb.
Tvit.az xəbər verir ki, bu barədə İraqın İmmiqrasiya və Köçürmə Nazirliyi məlumat yayıb.
Onların hamısının ölkənin şimalındakı Neynəva əyalətində yerləşən düşərgədə yerləşdirildiyi qeyd edilib.
Yanvarın sonunda Bağdad BMT ilə razılaşma əsasında Suriyanın
şimal-şərqində İşİd-lə əlaqəsi olan insanlar üçün düşərgələrdə məskunlaşan bütün ölkə əhalisinin vətənə qaytarılmasını planlaşdırdığını elan edib.
Qeyd edək ki, İşİd-ə bağlı vətəndaşların vətənə qaytarılması İraqda parçalanmaya da səbəb olub.
Aysel Şirinova