ABŞ-ın bəzi ştatlarında yağan güclü yağış daşqınlara səbəb olaraq ciddi fəsadlar törədib.
Tvit.az xəbər verir ki, bu barədə “CNN” məlumat yayıb.
Məlumata görə, daşqınlarda Qərbi Virciniya və Kentukki ştatında 11 nəfər, Corciyada isə 1 nəfər fırtınadan külək nəticəsində evinin üzərinə ağacın aşması nəticəsində həlak olub.
Fövqəladə vəziyyət elan edilən bölgədə axtarış-xilasetmə işlərinin davam etdiyi bildirilib.
Elmin Alışov