Gürcüstanda Dövlət Xidmətləri Bürosu 2025-ci il aprelin 1-dək ləğv ediləcək. Tvit.az xəbər verir ki, bu barədə Gürcüstan mediası məlumat yayıb.
Məlumata əsasən, büronun fəaliyyəti dövlət qulluğu sahəsində prosesin Avropa İttifaqının dəyərlərinə və dövlət idarəçiliyi prinsiplərinə uyğun təşkilinə yönəlmiş vahid dövlət siyasətinin həyata keçirilməsi ilə bağlıdır.
Qeyd edilib ki, büronun funksiya və səlahiyyətləri dövlət administrasiyasına veriləcək.