Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ dünya İsrail humanitar karvanların müqabilində əsirləri azad edəcək
dünya

İsrail humanitar karvanların müqabilində əsirləri azad edəcək

17-02-2025 23:00 121 Baxış
IMG
İsrail humanitar karvanların Qəzza zolağına daxil olması müqabilində altı girovu azad etməkdə israrlıdır.
 
Tvit.az xəbər verir ki, bu barədə məlumatı xarici KİV-lər yayıb.
Məlumata əsasən, HƏMAS-la davam edən danışıqların bir hissəsi olaraq, İsrail əvvəlcədən planlaşdırıldığı kimi üç deyil, altı girovun azad edilməsini tələb edir. Onların azad edilməsi müqabilində İsrail yüzlərlə humanitar karvanın Qəzza zolağına daxil olmasını təmin etməyə hazırdır.
 
Ölən 4 girovun cəsədlərinin fevralın 20-də İsrailə təhvil veriləcəyi, digər girovların isə fevralın 22-də azad ediləcəyi gözlənilir. Eyni zamanda, bildirlib ki,  İsrail Nazirlər Kabineti danışıqlarda gələcək addımları və razılaşmanın mümkün davamını müzakirə etmək niyyətindədir.
 
Aysel Şirinova