Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ dünya Uşakov və Lavrov Səudiyyə Ərəbistanına gedib
dünya

Uşakov və Lavrov Səudiyyə Ərəbistanına gedib

17-02-2025 23:00 116 Baxış
IMG

Rusiyanın xarici işlər naziri Sergey Lavrov və Rusiya prezidentinin köməkçisi Yuri Uşakov Səudiyyə Ərəbistanına gəliblər. Rusiya-Amerika müzakirələri ölkənin paytaxtında keçirilir. 

Tvit.az xəbər verir ki, bu barədə məlumatı xarici KİV-lər yayıb.

Məlumata əsasən, hökumət təyyarəsi Riyad hava limanına eniş edib. Qeyd edək ki, Rusiya Federasiyası və ABŞ nümayəndə heyətlərinin görüşünün səudiyyə ərəbistanının paytaxtında çərşənbə axşamı, yanvarın 18-də keçiriləcəyi gözlənilir.

Bundan əvvəl Kreml rusiya tərəfinin görüşdə Lavrov və Uşakovun təmsil olunacağı barədə məlumat yayaraq bildirib. Bununla yanaşı, CNN-in məlumatına görə, ABŞ-ın Riyaddakı nümayəndə heyətinə dövlət katibi Marko Rubio, Abş Prezidentinin Milli Təhlükəsizlik üzrə köməkçisi Mayk Vals, habelə Amerika liderinin Yaxın Şərq üzrə xüsusi elçisi Stiven Uitkoff daxildir.

Aysel Şirinova