Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ dünya Netanyahu İsraildə UNRWA-nı qadağan edən qanunun tətbiqinə əmr verdi
dünya

Netanyahu İsraildə UNRWA-nı qadağan edən qanunun tətbiqinə əmr verdi

17-02-2025 23:00 125 Baxış
IMG

İsrailin baş naziri Benyamin Netanyahu Bmt-nin Fələstinli Qaçqınlara Yardım və İşlər Agentliyinin Yaxın Şərqdəki (UNRWA) ölkədə fəaliyyətini qadağan edən qanunun dərhal tətbiq edilməsi barədə əmr verib.

Tvit.az xəbər verir ki, bu barədə Baş nazir Aparatından bildirilib.

"Netanyahu "Knesset"in qəbul etdiyi UNRWA qanununun dərhal qüvvəyə minməsi barədə əmr verdi", - deyə məlumatda qeyd edilib.

Qeyd edək ki, bundan əvvəl ABŞ-nin ardınca İsrail BMT-nin İnsan Haqları Şurasından çıxdığını elan edib.

Aysel Şirinova