Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ dünya Britaniya Rusiyaya qarşı sanksiyaları genişləndirir
dünya

Britaniya Rusiyaya qarşı sanksiyaları genişləndirir

14-02-2025 13:00 121 Baxış
IMG

Böyük Britaniya Rusiya əleyhinə “qara siyahı”-nı beş maddə ilə genişləndirib.

Tvit.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Məlumata əsasən, məhdudiyyətlərə Böyük Britaniyaya girişin qadağan edilməsi və aşkar edilərsə, aktivlərin dondurulması daxildir.

Sanksiyaların aid olduğu qurumlar bunlardır:

sahibkar Artem Çayka;

Texniki və İxrac Nəzarəti Federal Xidmətinin direktoru Vladimir Selin;

Rusiya Federasiyası müdafiə nazirinin müavini Pavel Fradkov;

Kirov-Enerqomaş zavodu;

Rosatom Additive Technologies şirkəti.

Aysel Şirinova