Şagirdə qarşı məktəbdən kənar ərazidə fiziki təzyiqlə bağlı yayılmış görüntülər araşdırılır.
Bu barədə Tvit.az-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) bildirilib.
"İctimaiyyətdən araşdırma aparıldığını nəzərə alaraq, məsələyə daha həssas yanaşması, hadisə barədə rəsmi qurumların açıqlamalarına istinad edilməsi xahiş olunur. Bu kimi məsələlərin həllində uşaqların psixoloji zərər görməməsi əsas amil kimi diqqət mərkəzində saxlanılır",- məlumatda qeyd olunub.
Qeyd edək ki, sosial şəbəkələrdə 280 nömrəli məktəbin ətraf ərazisində məktəblilərin şagirdə zorakılıq etdiyi görüntülər yayılıb.