Məsuliyyəti media işçilərinin təhlükəsizliyini təmin etməkdən ibarət olan Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət Təşkilatı (UNESCO), İnsan Hüquqları üzrə Ali Komissarlığı (OHCHR) və Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) kimi beynəlxalq təşkilatlar Rusiya mediasına edilən təzyiqlərə, jurnalistlərə qarşı cinayətlərə biganə yanaşırlar.
Tvit.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Ümumdünya Radio Günü ilə bağlı şərhində bildirib.
Diplomat qeyd edib ki, Qərbin Rusiya Federasiyasına qarşı hibrid aqressiyasının formalarından biri Rusiya mediası və jurnalistlərin, o cümlədən radio yayımçılarının sistematik təqibinə çevrilib.
Aysel Şirinova