Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ dünya Kreml Ermənistanın Aİ-yə üzv olmaq istəyindən danışdı
dünya

Kreml Ermənistanın Aİ-yə üzv olmaq istəyindən danışdı

12-02-2025 14:00 14 Baxış
IMG

Ermənistanın Avropa İttifaqına (Aİ) daxil olmaq istəyi Yerevanın suveren hüququdur.

Rİa Novosti xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov bildirib.

"Bu, Ermənistanın suveren hüququdur. Təbii ki, həm ermənilərin özləri, həm də hamı bunun nə qədər qarşılıqlı istək olduğunu, avropalıların özlərinin bu arzuya münasibətini başa düşməlidirlər", - deyə o qeyd edib.

Rusiya Prezidentinin mətbuat katibi həmçinin xatırladıb ki, Avropa Birliyinə qoşulmaq üçün "uzun növbəyə qoyulan" bir çox ölkələrin təcrübəsi var. O vurğulayıb ki, bəziləri on illərdir təşkilata qoşulmaq imkanını gözləyirlər.