Gürcüstanın Baş naziri BƏƏ-nin vitse-prezidenti, baş naziri və Dubay hakimi Şeyx Məhəmməd bin Rəşid Əl Məktumla görüşüb. Tvit.az xəbər verir ki, bu barədə məlumatı xarici KİV-lər yayıb.
Görüşdə Gürcüstan və BƏƏ arasında müxtəlif sahələrdə əməkdaşlıq, iqtisadi əməkdaşlığın müsbət dinamikası, Gürcüstandakı investisiya mühiti, BƏƏ-nin ən böyük şirkətlərinin Gürcüstanda həyata keçirdiyi uğurlu investisiya layihələri, iki ölkə arasında ticarət dövriyyəsinin artması, enerji və turizm sahələrində əməkdaşlığın inkişafı müzakirə olunub.
Aysel Şrnva