Ukraynadakı münaqişənin sülh yolu ilə həlli Rusiyaya qarşı sanksiyaların aradan qaldırılmasının müzakirəsini tələb edəcək.
Tvit.az xəbər verir ki, Bu barədə Münhen Təhlükəsizlik Konfransının keçmiş rəhbəri Volfqanq İşinqer "Politico"-ya bildirib.
"Bütövlükdə Avropada təhlükəsizlik vəziyyəti, sanksiyaların ləğvi, nüvə və adi silahlara nəzarət və ümumi strateji sabitlik - bütün bunlar müzakirə olunmalıdır", - İşinqer yazıb.