Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ dünya Qazaxıstan bu sənədi ratifikasiya etdi
dünya

Qazaxıstan bu sənədi ratifikasiya etdi

12-02-2025 11:00 15 Baxış
IMG
Qazaxıstanın Məclisi MDB-də korrupsioner məmurlar haqqında sazişi ratifikasiya etdi.
 
Tvit.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
Məlumata əsasən, sənəd korrupsiyadan əldə edilmiş gəlirlərin aşkara çıxarılması və qaytarılması, korrupsiya cinayətləri törətmiş şəxslərin axtarışı, saxlanılması və ekstradisiyasının əsas istiqamətlərini müəyyən edib.
 
Bundan əlavə, birgə xüsusi əməliyyat-profilaktik tədbirlərin keçirilməsi nəzərdə tutulub.
 
Müqavilə 2022-ci il oktyabrın 14-də Astanada Qazaxıstan, Rusiya, Ermənistan, Belarus, Qırğızıstan, Tacikistan və Özbəkistan tərəfindən imzalanıb. 
 
Aysel Şirinova