Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ dünya Şoyqu Qazaxıstana gedib
dünya

Şoyqu Qazaxıstana gedib

11-02-2025 16:00 26 Baxış
IMG

Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu Astanaya səfər edib.

Tvit.az xəbər verir ki, bu barədə məlumatı xarici KİV-lər yayıb.

Məlumata əsasən, işgüzar səfər zamanı Rusiya Federasiyası və Qazaxıstan Təhlükəsizlik Şuralarının ofisləri arasında ikitərəfli məsləhətləşmələr, həmçinin Qazaxıstan Təhlükəsizlik Şurasının katibi Gizat Nurdauletov ilə görüş keçiriləcək. Tərəflər müxtəlif sahələrdə ikitərəfli münasibətlərin məsələlərini, beynəlxalq və regional təhlükəsizliyə mövcud çağırışları və təhdidləri, Mərkəzi Asiya regionunda, eləcə də Suriya və Əfqanıstandakı vəziyyəti müzakirə edəcəklər.

Qeyd edək ki, Rusiya Təhlükəsizlik Şurası katibinin 2025-ci ildə ilk xarici səfəridir.

Aysel Şirinova