Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ dünya Yaponiya yenidənqurma layihələri üçün Ukraynaya 58 milyon dollar qrant ayırıb
dünya

Yaponiya yenidənqurma layihələri üçün Ukraynaya 58 milyon dollar qrant ayırıb

11-02-2025 16:00 124 Baxış
IMG

Ukrayna bərpa layihələri üçün Yaponiyadan 58 milyon dollar qrant alacaq.

Tvit.az xəbər verir ki, bu barədə Ukraynanın Baş naziri Denis Şmıxal məlumat verib.

"Ukrayna Yaponiyadan 8,8 milyard yen və ya təxminən 58 milyon dollar məbləğində qrant alacaq", - deyə o, Telegram kanalında yazıb.

"Bu gün hökumətlərimiz arasında müvafiq saziş layihəsi təsdiqlənib. Bunlar bərpa layihələrinin maliyyələşdirilməsi üçün Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (JICA) vəsaitləri olacaq", - nazir əlavə edib.

Aysel Şirinova