USAID dünyanın yarısını aldatdı, heç kim onlara heç nə verməyəcək.
Tvit.az xəbər verir ki, bu sözləri Rusiya Federasiyası Dövlət Dumasının sədri Vyaçeslav Volodin deyib.
O, ABŞ-nin Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) ilə bağlı vəziyyət fonunda Volodin xaricdən maliyyə almış siyasətçiləri, hüquq müdafiəçilərini və ictimai xadimləri Qızıl Meydanda tövbə etməyə çağırıb.
"Xaricdən pul alanlar, Qırmızı Meydanda açıq etiraf etsinlər və tövbə etsinlər. Partiyalar, ictimai təşkilatlar, hüquq müdafiəçiləri indi gediblər, köçüblər, ümid edirlər ki, USAİD onları orada, xaricdə maliyyələşdirəcək. İndi də ac-soyuq oturacaqlar, ümid edirlər ki, yenə orada onlara nəsə veriləcək, lakin bu olmayacaq.
Aysel Şirinova