İsrailin baş naziri Benyamin Netanyahu HƏMAS və Fələstin Muxtariyyəti üçün yeri olmadığını deyib və Oslo razılaşmasına məhəl qoymayacağı ilə hədələyib.
Tvit.az xəbər verir ki, İsrailin baş naziri bu barədə ABŞ səfərindən qayıtdıqdan sonra danışıb.
Netanyahu ABŞ prezidenti Trampın fələstinliləri Qəzzadan köçürmək təklifini “inqilabi” adlandırıb.
Trampın açıqlamaları Netanyahu tərəfindən müsbət qarşılansa da, dünyanın hər yerindən reaksiyalar gəlib.
Aysel Şirinova