Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ sosial Yasamalda bu mağazanın fəaliyyəti dayandırıldı
sosial

Yasamalda bu mağazanın fəaliyyəti dayandırıldı

10-02-2025 19:00 30 Baxış
IMG

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi tərəfindən Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 125 ünvanında yerləşən ət satışı mağazasında həyata keçirilən nəzarət tədbiri zamanı satışa çıxarılan iribuynuzlu heyvan ətlərindən nümunələr götürülərək müayinələrin aparılması üçün müvafiq laboratoriyaya təqdim edilib.

 

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən Tvit.az-a verilən məlumata görə, sınaq nəticələrinə əsasən, götürülən həmin nümunələrdə camış və at DNT-ləri aşkarlanıb.

 

Faktla bağlı fiziki şəxs Bayramov Vüqar Vəliqulu oğlu barəsində inzibati protokol tərtib edilib və mağazanın fəaliyyəti dayandırılıb.