Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ sosial Bakı metrosunun bu departamentinə yeni rəis təyin edildi
sosial

Bakı metrosunun bu departamentinə yeni rəis təyin edildi

08-02-2025 15:00 17 Baxış
IMG

Şaban Kamal oğlu İmkani “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti Kommunikasiya departamentinin rəisi təyin edilib. 

"Tvit.az" xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC-nin sədri Vüsal Aslanov əmr imzalayıb. 

Şaban İmkani 1985-ci ildə anadan olub. 2003-2007-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin İnformatika və idarəetmə fakültəsində təhsil alıb.

2008-2020-ci illərdə Azərfon şirkətində müştərilərlə əlaqələr və marketinq üzrə müxtəlif rəhbər vəzifələrdə, 2020-2024-cü illərdə “Azərbaycan Dəmir Yolları” QSC-də müştəri xidmətləri şöbəsinin rəisi vəzifəsində çalışıb.

2022-2023- cü illərdə Sənaye və İnnovasiyalar üzrə Peşə Təhsil mərkəzində Əlaqə mərkəzi mövzusunda pedaqoji fəaliyyətlə məşğul olub.

2025-ci ilin 3 fevral tarixindən “Bakı Metropoliteni” QSC-nin Kommunikasiya departamentinin rəisi vəzifəsinə təyin edilib