Alimlər Şərqi Qrenlandiyada indiyə qədər qeydə alınan ən böyük buzlaq göl daşqınlarından birini müşahidə ediblər.
Tvit.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Katalina gölündə yığılan 3 trilyon litr ərimiş buz həftələr ərzində sərbəst buraxılaraq Edvard Beyli buzlaqının altında 25 kilometr uzunluğunda tunel yaradıb.
Araşdırmaya görə, Katalina gölü 20 il ərzində əriyən buz suları ilə dolu olub və su Edvard Beyli buzlaqının altında toplanıb, zamanla buzu yuxarı qaldıraraq nəhəng tunel yaradıb.
Elmin Alışov