"Apple" şirkəti bir neçə həftə ərzində "iPhone" telefonları üçün iOS 18.3.1 yeniləməsini buraxmağa hazırlaşır.
Tvit.az xarici mediaya istinadən xəbər verir ki, iOS 18.3.1 bu yeniləmələrdən biri olacaq və əsas diqqət sistemdəki bəzi səhvlərin aradan qaldırılmasına, eləcə də təhlükəsizlik zəifliklərinin aradan qaldırılmasına yönələcək.
Yanlış xülasələr təqdim edildiyi üçün iOS 18.3-də müvəqqəti olaraq dayandırılan Apple Intelligence bildiriş xülasələrinin də iOS 18.3.1 yeniləməsi ilə geri qaytarılması gözlənilir .
Digər tərəfdən, Apple iOS 18.4 beta versiyasını bu ay məhdud sayda istifadəçi üçün açmağı planlaşdırır.
Aysel Şirinova