Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ dünya Ağ Ev ABŞ-nin Qəzzaya əsgər göndərməyəcəklərini bildirib
dünya

Ağ Ev ABŞ-nin Qəzzaya əsgər göndərməyəcəklərini bildirib

06-02-2025 22:00 26 Baxış
IMG

Amerika Birləşmiş Ştatları Qəzza zolağına qoşun göndərmək və Amerika vergi ödəyicilərinin hesabına Fələstin anklavının bərpasını maliyyələşdirmək niyyətində deyil.

Tvit.az xəbər verir ki, bunu "Fox News"a müsahibəsində Ağ Evin mətbuat katibi Karolin Leavitt bildirib.

"Prezident Donald Tramp Qəzzaya qoşun göndərməyəcəklərini açıq şəkildə bildirib. O, bunu etmək niyyətində deyil və aydın şəkildə bildirib ki, amerikalı vergi ödəyiciləri bu cəhdləri maliyyələşdirməyəcəklər. Prezident müqavilə bağlamağa çalışır ki, Qəzzafi həqiqətən də sülh şəraitində və real iqtisadi inkişaf şəraitində yaşamaq istəyən insanlar üçün münasib məkana çevrilsin", - Leavitt deyib. 

Aysel