Filippinin cənubunda özəl "Beech King Air 350" təyyarəsinin qəzaya uğraması nəticəsində 4 nəfər həlak olub.
Tvit.az xəbər verir ki, bu barədə Filippin xəbər agentliyi məlumat yayıb.
Məlumata əsasən, təyyarə qəzası böyük yaşayış məntəqələrindən aralıda baş verib. Hadisə yerinə ilk gələn yaxınlıqdakı kəndlərin sakinləri olub. Onlar təyyarənin dağıntıları altından ölənlərin cəsədlərini çıxartmağa kömək ediblər.
Filippin aviasiya orqanları hadisə ilə bağlı araşdırma aparır.
Aysel Şirinova