İŞİD tərəfdarı olan bir qrup məhbus Tacikistanın Vəhdət şəhərində koloniyanı ələ keçirib.
Bu barədə Müasir Əfqanıstanın Tədqiqi Mərkəzinin (CISA) eksperti Serenko məlumat verib.
İlkin məlumata görə, ciddi rejimli islah koloniyasının rəisi həlak olub, daha bir neçə əməkdaşı isə ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.
“Tacikistan təhlükəsizlik qüvvələri üsyanı yatırmaq üçün sərt əməliyyat keçirib. Bölgəyə edilən hücum nəticəsində ən azı 10-15 məhbus öldürülüb - bütün İŞİD tərəfdarları”, - mənbə qeyd edir.
Aysel