Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ sosial Ötən il Sumqayıtda 5 min 695 narkoloji xəstə qeydiyyata alınıb
sosial

Ötən il Sumqayıtda 5 min 695 narkoloji xəstə qeydiyyata alınıb

03-02-2025 19:00 19 Baxış
IMG

Sumqayıt şəhərində rəsmi qeydiyyatda olan narkotik istifadəçilərinin sayı açıqlanıb.

 

Sumqayıt şəhər Narkoloji Dispanserdən Report-a bildirilib ki, hazırda müəssisədə qeydiyyatda olan narkoloji xəstələrin sayı 5 min 695 nəfərdir.

 

Qeyd olunub ki, narkotik istifadəçilərinin sayı isə 4 min 145 nəfərdir. Onlardan 97-si qadındır.

 

Sumqayıt şəhər Narkoloji Dispanserində qeydiyyatda olan alkoqolizm xəstələrinin sayı isə 1 550 nəfərdir. Onlardan 24-ü zərif cinsin nümayəndəsidir.

 

Bildirilib ki, narkoloji xəstələrin və narkotik istifadəçilərinin əksəriyyəti 20-45 yaş arasında olan şəxslərdir.