Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ dünya Türkiyədə xəstəxanada yanğın OLDU
dünya

Türkiyədə xəstəxanada yanğın OLDU

03-02-2025 15:00 17 Baxış
IMG

Türkiyənin Hatay ərazisindəki İskəndərunda yerləşən özəl xəstəxanaların birində yanğın olub.

Tvit.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Məlumata əsasən yanğın Təcili Yardım şöbəsində başlayıb. Xəstəxana işçiləri və xəstələr təxliyə edilib.

Hadisə yerinə xeyli sayda yanğınsöndürən və polis cəlb olunub.

Yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir. 

Hadisənin səbəbi hələlik məlum deyil.