Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ sosial Qrip yoxsa ciddi xəstəlik? - Göstəriciləri açıqlandı
sosial

Qrip yoxsa ciddi xəstəlik? - Göstəriciləri açıqlandı

03-02-2025 11:00 12 Baxış
IMG
Soyuqdəymə əlamətlərinin üç həftə davam etməsi ciddi xəstəliyə işarə ola bilər.
Tvit.az xəbər verir ki, bu barədə rusiyalı həkim adi qripi ciddi xəstəliklərdən fərqləndirən xəbərdaredici əlamətlərdən danışarkən deyib.
Onun sözlərinə görə, immuniteti zəif olan insanlarda və uşaqlarda xəstəliyin aktiv mərhələsi daha uzun - iki həftəyə qədər davam edə bilər.
 
 "Xəstəliyin başlanğıcında yüksək hərarət iki-üç gündən çox davam edərsə, həkimə müraciət etmək lazımdır. Həmçinin, üç həftə ərzində keçməyən nəfəs darlığı, öskürək və sinə ağrısı soyuqdəymədən daha ciddi bir xəstəliyin varlığını göstərə bilər", - deyə o, bildirib.
 
Aysel Şirinova