Çinin Panama kanalına təsiri azalmalıdır, əks halda lazımi tədbirlər görüləcək.
Tvit.az xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio paytaxt Panama şəhərində Panama prezidenti Xose Raul Mulino ilə görüşərkən deyib.
Rubio deyib ki, ABŞ prezidenti Donald Tramp Çinin kanala təsirinin qəbuledilməz olduğuna inanır və təcili dəyişikliklər edilmədiyi təqdirdə ABŞ Panama ilə bağladığı müqaviləyə əsasən öz hüquqlarını qorumaq üçün lazımi tədbirlər görməlidir.
Elmin Alışov