Almaniyada miqrasiya haqqında qanun layihəsi qəbul edilmədi
31-01-2025 20:00 19 Baxış
Almaniya parlamenti xristian-demokrat və xristian sosial ittifaqlarının mühafizəkar blokunun (CDU/CSU) miqrasiya siyasətinin sərtləşdirilməsi haqqında qanun layihəsini rədd edib.
Tvit.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Qanun layihəsinə 338 deputat səs verib, 350 parlamentari əleyhinə səs verib, daha 5 deputat isə imtina edib.
Qeyd edək ki, səsvermədən əvvəl Bundestaqda miqrasiya mövzusu ilə bağlı qızğın debat keçirilib.