İsveç Ukraynaya 1,2 milyard dollar məbləğində ən böyük hərbi yardım paketinin detallarını açıqlayıb.
Tvit.az xəbər verir ki bu barədə İsveçin müdafiə naziri Conson mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, bu, Rusiya-Ukrayna müharibəsi başlayandan bəri Stokholmdan 18-ci yardım paketidir və bu günə qədər ən böyük yardım paketidir.
Nazir bildirib ki, yardım paketi İsveçin uzunmüddətli perspektivdə Ukraynanı dəstəkləməyə hazır olduğunu təsdiqləyir.
Yeni yardım paketinin 8 komponentə bölündüyü vurğulanıb.
Aysel Şirinova