Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ sosial Səkiləri zəbt edənlərə qarşı zəruri tədbirlər görüləcək
sosial

Səkiləri zəbt edənlərə qarşı zəruri tədbirlər görüləcək

30-01-2025 22:00 25 Baxış
IMG

2025-2030-cu illərdə Bakı şəhərində piyadaların maneəsiz hərəkətinin təmin edilməsi məqsədilə küçə və prospektlər üzrə səkilərin mövcud vəziyyətinin araşdırılması, normativ sənədlərin tələblərinə uyğun səkilərin (panduslarla birgə) inşası, o cümlədən mövcud səki hissələrinin zəbt edilməsi hallarının qarşısının alınması üçün zəruri tədbirlər görüləcək.

 

Tvit.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq olunmuş Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramında deyilir.

 

Bununla yanaşı, 2027-ci ilədək avtomobil yollarında baş vermiş qəzalarda ölüm hallarının azaldılması istiqamətində birgə təhlillərin aparılması, qəza ocaqlarının müəyyən edilməsi və çatışmazlıqların aradan qaldırılması nəzərdə tutulur.

 

Həmçinin 5 il ərzində Bakı şəhərində piyada zonalarının (dəhlizlərinin) yaradılması planlaşdırılır.