Beynəlxalq Atom Enerjisi Agentliyinin Baş direktoru Rafael Qrossi gələn həftə səfər edəcək.
Tvit.az xəbər verir ki, bu barədə məlumat agentliyin saytında dərc edilib.
"Bu, demək olar ki, üç il əvvəl münaqişənin başlanmasından bəri Baş direktorun şəxsən rəhbərlik etdiyi Ukraynaya 11-ci missiya olacaq", - bəyanatda deyilir.
Məlumata görə, İət başçısı Kiyevdə yüksək səviyyəli görüşlər üçün Ukraynaya səfər edəcək. Səfər zamanı agentliyin nüvə qəzasının qarşısının alınması üçün davamlı səyləri müzakirə olunacaq.
Səfərin dəqiq tarixləri elan edilməyib.
Aysel Şirinova