Gürcüstan hökuməti Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin fəaliyyətini dayandırdığını açıqlayıb.
Tvit.az xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze “İmedi TV” kanalına müsahibəsində deyib.
Kobaxidze qeyd edib ki, onlar artıq Gürcüstan parlamenti nümayəndə heyətinin AŞPA-da işləməsini məqsədəuyğun hesab etmirlər və bu səbəbdən də nümayəndə heyətinin fəaliyyətini dayandırmaq qərarına gəliblər.
Elmin Alışov